əsas məzmuna keç

qəpik — qəpik.

xərcə nəzarət

Xərci saniyələr içində yaz. Hamısı AZN-ə çevrilir və aylıq büdcənə qarşı toplanır. Vəssalam.

App StoreGoogle Play · tezliklə

iOS 15.0+ · Android 5.0+

salam, Kərəm₼

BU AY XƏRCLƏNİB

₼360

₼500 büdcədən

SON ƏMƏLİYYATLAR

  • Kafebu gün₼8.40
  • Nəqliyyatbu gün₼1.00
  • Alış-verişdünən · $24₼40.80
  • Qidadünən₼17.50
+ xərc əlavə et

OFFLINE-FIRST

İnternet olmasa da işləyir

Xərc əvvəlcə cihazın yaddaşına yazılır, ekran dərhal yenilənir. Spinner yoxdur, gözləmə yoxdur.

Şəbəkə qayıdanda yazılar özü buludla sinxronlaşır. Metroda, təyyarədə, kənddə — fərqi yoxdur.

  • 01

    yazırsan

    Məbləğ, valyuta, kateqoriya. Üç toxunuş.

  • 02

    lokal yaddaş

    Cihazda dərhal saxlanılır, siyahı o an yenilənir.

  • 03

    sinxron

    İnternet qayıdan kimi buluda göndərilir — sən heç nə etmirsən.

MƏZƏNNƏLƏR

CBAR-dan, gündə bir dəfə

Məzənnələr Mərkəzi Bankın (cbar.az) rəsmi gündəlik XML lentindən götürülür — gündə bir dəfə yenilənir.

Bayram və ya iş olmayan günlərdə lent yenilənmirsə, sistem 7 gün geriyə baxıb sonuncu etibarlı məzənnəni tapır.

Məzənnə xərcə «dondurulmur». Hesablama həmişə canlıdır — kursa görə keçmiş xərclər də düzgün görünür.

Bütün cəmlər AZN-də göstərilir.

Dəstəklənən 7 valyuta
valyutakodişarə
Azərbaycan manatıAZN₼
ABŞ dollarıUSD$
AvroEUR€
Türk lirəsiTRY₺
Rusiya rubluRUB₽
Britaniya funtuGBP£
Gürcüstan larisiGEL₾

KATEQORİYALAR

16 kateqoriya, artıq heç nə

Hər kateqoriyanın kimliyi yalnız emoji ilə verilir. Rəng kodu yoxdur, alt-kateqoriya yoxdur, təsnifat sistemi yoxdur.

  • Qida
  • Nəqliyyat
  • Alış-veriş
  • Sağlamlıq
  • Əyləncə
  • Təhsil
  • Kafe
  • Kommunal
  • Səyahət
  • İdman
  • Abunəlik
  • İcarə/Ev
  • Hədiyyə
  • Ailə
  • İş
  • Digər

Kateqoriya seçmək məcburi deyil — «Digər» həmişə var.

BÜDCƏ

Bir limit. Bir zolaq.

Aylıq tək limit qoyursan, üstündə 3px-lik zolaq. 80%-i keçəndə qırmızıya dönür. Per-kateqoriya büdcə, alt-limit, xəbərdarlıq qaydaları yoxdur.

XƏRCLƏNİB

₼360

LİMİT

₼500

72%80%-dən sonra qırmızı

Default limit ₼500 — istədiyin vaxt dəyişirsən.

MƏXFİLİK

Səni izləmirik

Bu marketinq cümləsi deyil, kodun vəziyyətidir: layihədə analitika paketi yoxdur.

  • analitika yoxdur

    Nə üçüncü tərəf SDK, nə hadisə izləmə, nə istifadəçi profili.

  • reklam yoxdur

    Reklam şəbəkəsi qoşulmayıb, məlumatın heç kimə satılmır.

  • bildiriş yalnız ümumi

    Yeganə kanal ümumi elan mövzusudur. Xərcinə görə sənə bildiriş gəlmir.

  • silmək = silmək

    Hesabı silsən sənəd, alt-kolleksiyalar, lokal baza və giriş hesabı tam silinir.

qəpik-qəpik yığılır

Yüklə, aylıq limitini qoy, birinci xərcini yaz. Qalanını özü edir.

App StoreGoogle Play · tezliklə