Məxfilik siyasəti
Son yenilənmə: 3 avqust 2026
Qəpik şəxsi xərc izləyicisidir. Bu sənəd hansı məlumatın saxlandığını, niyə saxlandığını və necə silindiyini sadə dildə izah edir.
1. Topladığımız məlumat
Qəpik yalnız tətbiqin işləməsi üçün lazım olan məlumatı saxlayır:
- Hesab məlumatı: Google və ya Apple ilə giriş zamanı verilən ad, e-poçt və unikal istifadəçi identifikatoru.
- Xərc qeydləri: özünüzün daxil etdiyi məbləğ, valyuta, kateqoriya, tarix və qeyd mətni.
- Büdcə parametri: təyin etdiyiniz aylıq limit.
- Bildiriş jetonu: ümumi elanları çatdırmaq üçün cihaz jetonu.
2. Toplamadığımız məlumat
Tətbiqdə analitika və ya davranış izləmə paketi yoxdur. Reklam şəbəkəsi qoşulmayıb. Məkan, kontaktlar, foto qalereyası, telefon dəftərçəsi və qurğu identifikatorları oxunmur. Bank hesabınıza, kartınıza və ya ödəniş tarixçənizə heç bir bağlantı qurulmur — bütün məbləğləri özünüz yazırsınız.
3. Məlumat harada saxlanılır
Qeydlər əvvəlcə cihazınızın daxilində lokal bazada (Hive) saxlanılır, sonra Google Firebase (Cloud Firestore və Firebase Authentication) üzərində sizin hesabınıza bağlı şəkildə sinxronlaşdırılır. Firestore qaydaları hər sənədi yalnız onun sahibinə açır — başqa istifadəçi sizin qeydlərinizi oxuya bilmir.
İnternet olmadıqda tətbiq tam işləyir; qeydlər cihazda qalır və bağlantı qayıdanda göndərilir.
4. Üçüncü tərəf xidmətlər
Qəpik yalnız bu xidmətlərdən istifadə edir:
- Google Firebase — autentifikasiya, məlumat sinxronu və bildiriş çatdırılması.
- Google Sign-In və Apple Sign-In — girişin özü. Şifrə saxlamırıq, çünki e-poçt/şifrə girişi ümumiyyətlə yoxdur.
- cbar.az — Mərkəzi Bankın açıq gündəlik məzənnə lenti. Bu sorğu anonimdir, heç bir istifadəçi məlumatı göndərilmir.
5. Bildirişlər
Bildirişlərin yeganə kanalı ümumi elan mövzusudur (Firebase Cloud Messaging «all_users»). Bu o deməkdir ki, göndərdiyimiz mesaj bütün istifadəçilərə eyni gedir. Sizin xərcinizə, büdcənizə və ya davranışınıza görə tetiklənən heç bir fərdi bildiriş yoxdur — çünki bunun üçün sizin məlumatınızı emal etmək lazım gələrdi, biz isə etmirik.
6. Məlumatın silinməsi
Hesabı tətbiqin daxilindən silə bilərsiniz. Silmə tam və dönməzdir; bu addımların hamısı icra olunur:
- Firestore-dakı istifadəçi sənədi silinir.
- Bütün alt-kolleksiyalar (xərclər, parametrlər) silinir.
- Cihazdakı lokal Hive bazası təmizlənir.
- Firebase Authentication hesabı silinir.
7. Uşaqlar
Qəpik 13 yaşından kiçik şəxslər üçün nəzərdə tutulmayıb və bilərəkdən onlardan məlumat toplamırıq.
8. Dəyişikliklər
Bu siyasət dəyişdikdə səhifədəki «son yenilənmə» tarixi yenilənir. Əhəmiyyətli dəyişiklikləri tətbiqin ümumi elan kanalı ilə bildiririk.
9. Əlaqə
Məxfiliklə bağlı sualınız və ya məlumatınızın silinməsi ilə bağlı sorğunuz varsa: kafandi.dev@gmail.com