← geri
Dəstək
Sual, problem və ya təklif — hamısı bir ünvana gedir. Şablon forma yoxdur, birbaşa yazın.
TEZ-TEZ VERİLƏN SUALLAR
- İnternetsiz xərc yaza bilərəm?
- Bəli. Qeyd cihazda dərhal saxlanılır və siyahıda o an görünür. Bağlantı qayıdanda özü buludla sinxronlaşır.
- Məzənnələr haradan gəlir?
- Mərkəzi Bankın (cbar.az) rəsmi gündəlik lentindən, gündə bir dəfə. Lent yenilənməyibsə (məsələn bayramda), sistem 7 gün geriyə baxıb sonuncu etibarlı məzənnəni götürür.
- Keçmiş xərcin məzənnəsi dəyişir?
- Hesablama canlıdır — məzənnə qeydə «dondurulmur». Ona görə köhnə xərcin AZN qarşılığı cari kursla göstərilir.
- E-poçt və şifrə ilə girə bilərəm?
- Xeyr. Yalnız Google və Apple ilə giriş var. Apple düyməsi yalnız iOS-da görünür.
- Kateqoriya əlavə edə bilərəm?
- Xeyr. 16 kateqoriya sabitdir — siyahını qısa saxlamaq tətbiqin əsas prinsipidir.
- Qrafik və ya ay-ay tarixçə var?
- Yoxdur. Qəpik cari ayın cəmini və büdcə zolağını göstərir; diaqram, hesabat və ya arxiv ekranı yoxdur.
- Təkrarlanan (abunə) xərci avtomatik yazır?
- Xeyr. Bütün qeydlər əl ilə daxil edilir. «Abunəlik» sadəcə kateqoriyadır.
- Hesabımı necə silim?
- Tətbiqdə profil bölməsindən. Silmə Firestore sənədini, alt-kolleksiyaları, cihazdakı lokal bazanı və giriş hesabını tam əhatə edir.
- Veb versiyası var?
- Yoxdur. Qəpik yalnız iOS və Android tətbiqidir; bu sayt sadəcə məlumat səhifəsidir.
PROBLEM BİLDİRİRSƏNSƏ
Aşağıdakıları yazsanız problemi bir dəfəyə tapa bilərik:
- cihaz və əməliyyat sistemi versiyası (məsələn iPhone 13, iOS 18.2)
- tətbiq versiyası (profil ekranının altında yazılıb)
- nə etdiyiniz və nə gözlədiyiniz
- ekran görüntüsü, varsa